“Sülh əldə olunduqdan sonra Azərbaycan 1990-cı illərin əvvəllərində Ermənistana tətbiq etdiyi bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırdı”.
Yeniera.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Avropa Siyasi Birliyinin Ermənistanda keçirilən sammitində video-çıxışında bildirib.
“Bu günədək Azərbaycanın ərazisi vasitəsilə Ermənistana 28 min ton yük çatdırılıb. Azərbaycan daha da irəli gedərək ilk dəfə olaraq Ermənistana neft məhsulları – benzin və dizel tədarükünə başlayıb və bununla da ticarət əlaqələrinin əsasını qoyub. İndiyədək Ermənistana 12 min ton neft məhsulumuz ixrac olunub”, – dövlət başçısı qeyd edib.
Kaynak: https://yeniera.az/ilham-eliyev-indiyedek-ermenistana-12-min-ton-neft-mehsulumuz-ixrac-olunub/
Haber Euro Türk sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.
