Daha fazla hava durumu tahmini: 15 günlük hava durumu

Bu gün Azərbaycan Beynəlxalq Bankı (ABB) da daxil olmaqla, ölkənin bir sıra banklarında müştəri kart hesablarından vəsaitlərin silinməsi və mobil tətbiqlərdə fasilələrin yaşanması əhali arasında ciddi narahatlıq və müxtəlif şayiələrə səbəb olub. Sosial şəbəkələrdə hadisənin kiberhücumla bağlı olması barədə yayılan iddialar geniş müzakirələrə yol açıb.

Yeniera.az xəbər verir ki, məsələ ilə bağlı sorğumuza cavab olaraq Azərbaycan Mərkəzi Bankından bildirilib ki, baş verən insident hər hansı kibermüdaxilə və ya dələduzluq halı deyil, tamamilə texniki xəta ilə əlaqədardır.

Mərkəzi Bankın açıqlamasında qeyd olunur ki, iyunun 24-də “Azərikard” MMC-yə üzv olan bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi texniki səbəblərdən baş verib. Tənzimləyici qurum ölkədəki ödəniş sistemlərinin, prosessinq mərkəzlərinin və kommersiya banklarının informasiya infrastrukturu ilə bağlı hər hansı təhlükəsizlik probleminin olmadığını vurğulayıb.

Qeyd olunan texniki nasazlığın artıq aidiyyəti üzrə aradan qaldırıldığı bildirilir. Bank xidmətlərinin istifadəçilərindən yalnız rəsmi mənbələrdə əks olunan məlumatlara istinad etmələri xahiş olunur.

Kaynak: https://yeniera.az/merkezi-bank-aciqladi-kartlardan-pul-silinmesi/

Haber Euro Türk
Author: Haber Euro Türk

Haber Euro Türk, Avrupa’daki Türk topluluklarına ve dünya gündemine dair güvenilir, tarafsız ve güncel haberler sunan dijital haber platformudur.


Haber Euro Türk sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

By Haber Euro Türk

Haber Euro Türk, Avrupa’daki Türk topluluklarına ve dünya gündemine dair güvenilir, tarafsız ve güncel haberler sunan dijital haber platformudur.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir