Daha fazla hava durumu tahmini: 15 günlük hava durumu

Azərbaycan XİN Beynəlxalq Qaçqınlar Günü ilə bağlı paylaşım edib.

Yeniera.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial şəbəkə hesabında məlumat paylaşılıb.

20 iyun – Ümumdünya Qaçqınlar Günündə biz dünyada böyük çətinliklər, qeyri-müəyyənlik, evlərinin və dolanışıq vasitələrinin itirilməsi ilə üzləşməkdə davam edən milyonlarla qaçqın və məcburi köçkünlə həmrəyliyimizi ifadə edirik.

Azərbaycan üçün məcburi köçkünlük məsələsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan ərazilərinə qarşı təcavüz və işğal nəticəsində bir milyondan çox azərbaycanlı onilliklər boyu didərginliyə və məhrumiyyətlərə dözərək qaçqın və məcburi köçkünə çevrilmişdir. Bu şəxslərin hüquqları kobud şəkildə pozulmuş, evləri, yaşayış məskənləri və mədəni irsi isə məhv edilmişdir.

Bu gün, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa edildikdən sonra, ölkə əvvəllər işğal altında olmuş ərazilərdə misli görünməmiş yenidənqurma və bərpa proqramı həyata keçirir. Böyük Qayıdış Proqramı vasitəsilə keçmiş məcburi köçkünlər təhlükəsizlik, ləyaqət və əmin-amanlıq şəraitində tədricən öz doğma torpaqlarına qayıdır, illərlə sürən didərginlikdən sonra öz həyatlarını və yaşayış məskənlərini yenidən qururlar.

Azərbaycan məcburi köçkünlüyün köklü səbəblərinin aradan qaldırılmasına, qaçqınlar və məcburi köçkünlər üçün davamlı həll yollarının təşviqinə, beynəlxalq hüququn norma və prinsiplərinin qorunmasına yönəlmiş beynəlxalq səyləri dəstəkləməyə sadiq qalır.

Bu Ümumdünya Qaçqınlar Günündə biz bütün dünyada qaçqın və məcburi köçkünlərin mətanət və cəsarətini ehtiramla anır və zorla yerindən edilmiş bütün insanların bir gün öz evlərinə qayıdaraq sülh, ləyaqət və firavanlıq şəraitində yaşaya bilməsini təmin etmək əzmimizi bir daha təsdiq edirik.

Kaynak: https://yeniera.az/azerbaycan-xin-beyanat-yaydi/

Haber Euro Türk
Author: Haber Euro Türk

Haber Euro Türk, Avrupa’daki Türk topluluklarına ve dünya gündemine dair güvenilir, tarafsız ve güncel haberler sunan dijital haber platformudur.


Haber Euro Türk sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

By Haber Euro Türk

Haber Euro Türk, Avrupa’daki Türk topluluklarına ve dünya gündemine dair güvenilir, tarafsız ve güncel haberler sunan dijital haber platformudur.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir