Daha fazla hava durumu tahmini: 15 günlük hava durumu

“Qarabağ”ın yay transfer pəncərəsində heyətinə qatacağı ilk futbolçu artıq müəyyənləşib.

Yeniera.az xəbər verir ki, Kiprin “Omoniya” (Aradipu) klubunun şərəfini qoruyan fransalı vinger Jali Muaddib yeni mövsümdən Ağdam təmsilçisinin uğurları üçün tər tökəcək.

Bu keçidi rəsmən təsdiqləyən Nikosiya klubunun baş meneceri Giorqos İrakleus bildirib ki, 25 yaşlı futbolçu ilə Azərbaycan çempionu arasında tam razılıq əldə olunub.

Menecerin sözlərinə görə, Muaddib aylar öncə “Qarabağ”dan təklif alsa da, komandasına sadiqlik nümayiş etdirərək “Omoniya”nın liqada qalması üçün sona qədər mübarizə aparacağını vəd edib.

Cari mövsümdə Kipr klubunda 31 oyuna çıxaraq 4 qol və 7 məhsuldar ötürmə ilə yadda qalan vingerin müqaviləsi yayda başa çatdığı üçün o, yeni komandasına azad agent statusu ilə qoşulacaq.

İrakleus həmçinin qeyd edib ki, müqavilədəki bəzi kiçik maliyyə bəndlərinə rəğmən, klub futbolçunun gedişinə mane olmayacaq.

Kaynak: https://yeniera.az/qarabag-ilk-transferini-etdi/

Haber Euro Türk
Author: Haber Euro Türk

Haber Euro Türk, Avrupa’daki Türk topluluklarına ve dünya gündemine dair güvenilir, tarafsız ve güncel haberler sunan dijital haber platformudur.


Haber Euro Türk sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

By Haber Euro Türk

Haber Euro Türk, Avrupa’daki Türk topluluklarına ve dünya gündemine dair güvenilir, tarafsız ve güncel haberler sunan dijital haber platformudur.

0 0 votes
Article Rating
Subscribe
Bildir
guest
0 Yorum
Eskiler
En Yeniler Beğenilenler
Inline Feedbacks
View all comments