Binəqədi Rayon İcra Hakimiyyətinin sektor müdiri vəzifəsindən azad olunub.
Yeniera.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, icra başçısı bununla bağlı müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdir müavini və Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlil sektorunun müdiri İskəndər Cahangir-zadə vəzifəsindən azad olunub.
Qeyd edək ki, İ.Cahangir-zadə 2013-cü ildən Binəqədi RİH-də müxtəlif vəzifələrdə – aparıcı məsləhətçi, sektor müdiri, başçının köməkçisi, şöbə müdiri vəzifələrində çalışıb.

Kaynak: https://yeniera.az/icra-bascisi-sektor-mudirini-vezifeden-azad-etdi-foto/
Haber Euro Türk sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.
