Daha fazla hava durumu tahmini: 15 günlük hava durumu
İddialar böyüyür: Keçmiş məmurların gizli klinika sxemi üzə çıxdı

Azərbaycan səhiyyə sektorunda son dövrlər müzakirə olunan fiqurlar ətrafında yeni iddialar gündəmə gəlir.

Xatırladaq ki, bir neçə həftə əvvəl dərc etdiyimiz yazıda uzun müddət Yeni Klinikanın baş direktoru olmuş Barat Yusifov və TƏBİB-in sabiq rəhbəri Vüqar Qurbanovun adı müxtəlif biznes strukturları və səhiyyə sektorundakı təsir mexanizmləri ilə bağlı hallanırdı. Həmin materialda onların fəaliyyəti ətrafında formalaşdığı iddia edilən şəbəkə və mümkün maraq toqquşmaları barədə geniş bəhs etmişdik.

Mövzu ilə bağlı redaksiyamıza yeni məlumatlar daxil olub.

İddialara görə, Barat Yusifov və Vüqar Qurbanovun adı Bakıda fəaliyyət göstərdiyi bildirilən lisensiyasız özəl tibbi müəssisə ilə bağlı hallanır. Belə ki, qeyd olunur ki, “HB Güvən Klinik” adlı tibb müəssisəsi rəsmi olaraq ayrı bir obyekt kimi fəaliyyət göstərsə də, onun “Güvən” xəstəxanasının lisenziyası əsasında işlədildiyi iddia olunur.

Mənbələrin bildirdiyinə görə, hər iki obyekt coğrafi baxımdan bir-birinə yaxın yerləşsə də, faktiki olaraq ayrı-ayrı binalarda fəaliyyət göstərir. Bu isə mövcud qanunvericiliyə uyğunluq və lisenziyalaşdırma məsələləri ilə bağlı suallar yaradır.

Məsələ ilə bağlı əsas müzakirə mövzusu isə ondan ibarətdir ki, əgər iddialar təsdiqini taparsa, bu, səhiyyə sahəsində fəaliyyət göstərən müəssisələrin lisenziyalaşdırılması qaydalarının pozulması kimi qiymətləndirilə bilər.

Gözləntilərimiz ondan ibarətdir ki, aidiyyəti dövlət qurumları, o cümlədən Səhiyyə Nazirliyi məsələni araşdıraraq hüquqi qiymət verəcək.

Yazıda adı çəkilən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Mövzunu diqqətdə saxlayacağıq.

Xəbərsiz.media

Kaynak: https://yeniera.az/iddialar-boyuyur-kecmis-memurlarin-gizli-klinika-sxemi-uze-cixdi/

Haber Euro Türk
Author: Haber Euro Türk

Haber Euro Türk, Avrupa’daki Türk topluluklarına ve dünya gündemine dair güvenilir, tarafsız ve güncel haberler sunan dijital haber platformudur.


Haber Euro Türk sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

By Haber Euro Türk

Haber Euro Türk, Avrupa’daki Türk topluluklarına ve dünya gündemine dair güvenilir, tarafsız ve güncel haberler sunan dijital haber platformudur.

0 0 votes
Article Rating
Subscribe
Bildir
guest
0 Yorum
Eskiler
En Yeniler Beğenilenler
Inline Feedbacks
View all comments