Nazirlər Kabineti “İstilik enerjisindən istifadə Qaydaları”nı təsdiq edib.
Yeniera.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, İstilik enerjisindən istifadə Qaydaları”nda Elektron Hökumət İnformasiya Sisteminin xidmət kanalı üzərindən paylayıcının informasiya sistemi vasitəsilə həyata keçirilməsi nəzərdə tutulan prosedurların təşkili təmin edilənədək həmin prosedurlar birbaşa, poçt və ya elektron poçt vasitəsilə həyata keçirilir.
“İstilik enerjisindən istifadə Qaydaları”nda həyata keçirilməsi nəzərdə tutulan prosedurlar tikintiyə icazə icraatı çərçivəsində tikinti obyektlərinin şəbəkəyə qoşulması ilə əlaqədar layihənin və texniki şərtlərin verilməsinə münasibətdə şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.
“Azəristiliktəchizat” ASC “İstilik enerjisindən istifadə Qaydaları”nda nəzərdə tutulan paylayıcının müvafiq informasiya sisteminin formalaşdırılmasını doqquz ay müddətində təmin etməlidir.
1 noyabr – 1 may tarixlərində istilik verilməsi nəzərdə tutulan ərazilərin siyahısı aşağıdakı kimi müəyyən edilib:
- Ağsu rayonu
-
Ağstafa rayonu
-
Balakən rayonu
-
Daşkəsən rayonu
-
Gədəbəy rayonu
-
Xaçmaz rayonu
-
Xankəndi şəhəri
-
İsmayıllı rayonu
-
Kəlbəcər rayonu
-
Qax rayonu
-
Qazax rayonu
-
Qəbələ rayonu
-
Quba rayonu
-
Qusar rayonu
-
Laçın rayonu
-
Lerik rayonu
-
Naxçıvan Muxtar Respublikası
-
Oğuz rayonu
-
Siyəzən rayonu
-
Şamaxı rayonu
-
Şabran rayonu
-
Şəki şəhəri
-
Şuşa rayonu
-
Tovuz rayonu
-
Yardımlı rayonu
-
Zaqatala rayonu.
Kaynak: https://yeniera.az/bu-rayonlara-6-ay-istilik-verilecek-siyahi/
Haber Euro Türk sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.
