Daha fazla hava durumu tahmini: 15 günlük hava durumu

Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyevin 1995-ci ildə etdiyi bir məruzənin videosu yayılıb.

Yeniera.az xəbər verir ki, həmin məruzə Azərbaycanda istifadə etdiyimiz ana dilinin adının müəyyənləşdirilməsi ilə bağlı aparılan müzakirələrə həsr olunub.

O dövrdə ictimai və elmi dairələrdə “dilimizin adı necə olmalıdır?” sualı ətrafında geniş debatlar gedirdi. “Azərbaycan dili”, “türk dili”, “Azərbaycan türk dili”, “Azərbaycan türkcəsi” kimi müxtəlif təkliflər müzakirə olunurdu.

Yayılan görüntülərdə Ramiz Mehdiyev alimlərin, yazıçıların və digər tanınmış ziyalıların mövqelərini əks etdirən siyahını oxuyur. O, adları bir-bir sadalayaraq, həmin şəxslərin dilimizin hansı adına üstünlük verdiklərini açıqlayır. Videoda diqqət çəkən məqamlardan biri də odur ki, iclasda ümummilli lider Heydər Əliyev də iştirak edir və toplantıya rəhbərlik edir.

Çıxış zamanı Ramiz Mehdiyev bildirir ki, sorğu və müzakirələrdə iştirak edən 27 alimdən 15-i “Azərbaycan dili” adının saxlanılmasına üstünlük verib. Bununla da həmin dövrdə aparılan müzakirələrin əsas istiqaməti və dövlətin mövqeyi formalaşmış olub.

Musavat.com tariximizin önəmli bir parçası olan həmin görüntüləri oxucularına təqdim etməklə yanaşı, qeyd edir ki, Ramiz Mehdiyev hazırda müxtəlif ağır ittihamlarla gündəmdədir. Onun adı dövlətə xəyanət və digər ciddi cinayət iddiaları ilə bağlı hallandırılır. Bildirilir ki, sabiq məmur hazırda ev dustaqlığında saxlanılır./Musavat.com/

23115b3e-093c-4ced-a4a7-8a81096a92e7

Kaynak: https://yeniera.az/ramiz-mehdiyevin-sok-goruntuleri-yayildi-ilk-defe-video/

Haber Euro Türk
Author: Haber Euro Türk

Haber Euro Türk, Avrupa’daki Türk topluluklarına ve dünya gündemine dair güvenilir, tarafsız ve güncel haberler sunan dijital haber platformudur.


Haber Euro Türk sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

By Haber Euro Türk

Haber Euro Türk, Avrupa’daki Türk topluluklarına ve dünya gündemine dair güvenilir, tarafsız ve güncel haberler sunan dijital haber platformudur.

0 0 votes
Article Rating
Subscribe
Bildir
guest
0 Yorum
Eskiler
En Yeniler Beğenilenler
Inline Feedbacks
View all comments