Daha fazla hava durumu tahmini: 15 günlük hava durumu

Apple “iPhone” istifadəçilərinə təcili xəbərdarlıq edərək cihazları yeni “iOS 26.5” əməliyyat sisteminə yeniləməyə çağırıb. Yeni proqram təminatı sistemdəki 50-dən çox təhlükəsizlik boşluğunu aradan qaldırır.

Yeniera.az xəbər verir ki, bu barədə “MacRumors” portalı məlumat yayıb. Şirkət istifadəçilərə yenilənməni mümkün qədər tez quraşdırmağı tövsiyə edir. Çünki aşkar edilən boşluqlar kibercinayətkarların qorunmayan cihazlara hücum etməsinə şərait yarada bilər.

Yenilənmə çərçivəsində təsvirlərin emalı, sistem nüvəsi, həmçinin “Spotlight” və skrinşot mexanizmlərindəki xətalar düzəldilib. Xüsusilə “WebKit” mühərrikindəki onlarla boşluq ləğv edilib. Bu boşluqlar məxfi məlumatların sızmasına və ya tətbiqlərin qəfil qapanmasına səbəb ola bilərdi. “Apple” hələlik bu boşluqlardan aktiv şəkildə istifadə edilməsi barədə məlumatın olmadığını vurğulayıb.

Eyni zamanda, köhnə model cihazlar üçün də təhlükəsizlik yamaqları istifadəyə verilib. Hətta “iOS 15” və “iOS 16” versiyalarına qədər olan köhnə sistemlər üçün də xüsusi yenilənmələr hazırlanıb. “Mac” kompüterləri də diqqətdən kənarda qalmayıb. “macOS Tahoe 26.5” versiyasında 70-ə yaxın təhlükəsizlik problemi həllini tapıb.

Yəni, “Apple” cihazınızın haker hücumlarına məruz qalmasını və şəxsi məlumatlarınızın oğurlanmasını istəmirsinizsə, dərhal tənzimləmələrə daxil olub ən son yenilənməni yükləməlisiniz./demokkrat

Kaynak: https://yeniera.az/iphone-istifadecilerine-xeberdarliq-tecili-bunu-edin/

Haber Euro Türk
Author: Haber Euro Türk

Haber Euro Türk, Avrupa’daki Türk topluluklarına ve dünya gündemine dair güvenilir, tarafsız ve güncel haberler sunan dijital haber platformudur.


Haber Euro Türk sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

By Haber Euro Türk

Haber Euro Türk, Avrupa’daki Türk topluluklarına ve dünya gündemine dair güvenilir, tarafsız ve güncel haberler sunan dijital haber platformudur.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir