Venesuelanın Vitse-prezidenti Delsi Rodriges ABŞ Prezidenti Donald Trampın Venesuelanı ABŞ-nin “51-ci ştatı” etmək barədə “ciddi düşündüyünü” bildirməsinə sərt reaksiya verib.
Yeniera.az xəbər verir ki, Rodriges ölkəsinin müstəqilliyinin müzakirə mövzusu olmadığını vurğulayıb.
“Bu, tamamilə qəbuledilməzdir. Venesuela xalqını müəyyən edən əsas xüsusiyyətlərdən biri müstəqillik uğrunda mübarizəyə və bu yolda canından keçən qəhrəmanlara sədaqətdir. Biz ölkəmizin ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini müdafiə etməyə davam edəcəyik”, – Rodriges bildirib.
O qeyd edib ki, Karakas Vaşinqtonla münasibətlərdə əməkdaşlığa əsaslanan diplomatik gündəm yürütmək niyyətindədir.
Rodriges əlavə edib ki, Venesuelanın tarixi azadlıq uğrunda aparılan mübarizələrlə zəngindir və xalq heç vaxt müstəmləkəçiliyi qəbul etməyəcək.
Qeyd edək ki, Donald Tramp “Fox News”a müsahibəsində Venesuela ilə bağlı fikirlərini bölüşərək, ölkəni ABŞ-nin 51-ci ştatına çevirmək ideyasını “ciddi şəkildə” nəzərdən keçirdiyini deyib. ABŞ Prezidenti həmçinin “Venesuela Trampı sevir” ifadəsini işlədib.
Tramp daha əvvəl də oxşar açıqlamalar səsləndirmişdi.
Kaynak: https://yeniera.az/venesueladan-trampin-51-ci-stat-aciqlamasina-sert-reaksiya/
Haber Euro Türk sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.
