Daha fazla hava durumu tahmini: 15 günlük hava durumu
Şair Fərzalı Abbasəlioğlunun 70 illik yubileyi qeyd olunub

Mayın 9-da İrəvan Dövlət Azərbaycan Dram Teatrında şair Fərzalı Abbasəlioğlunun 70 illik yubileyi qeyd olunub.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yubiley gecəsində millət vəkili Ceyhun Məmmədov, tanınmış ziyalılar, söz adamları, şairin sənət dostları və media nümayəndələri iştirak ediblər.

Çıxış edənlər Fərzalı Abbasəlioğlunun Azərbaycan poeziyasına verdiyi töhfələrdən, yaradıcılığında xüsusi yer tutan vətənpərvərlik mövzusundan, doğma yurda bağlılığından və sevgisindən geniş danışıblar.

Qeyd olunub ki, şairin qələmə aldığı əsərlər yalnız duyğuların poetik ifadəsi deyil, həm də Qarabağın, İrəvanın, Göyçənin və doğulub boya-başa çatdığı Cəbrayılın yaddaş salnaməsidir.

Tədbirin musiqili hissəsində aşıq Ədalət, Sona Nərimanqızı və Təranə Gədəbəyli yaddaqalan ifaları ilə tədbirə rəng qatıblar. Şairin sözlərinə bəstələnmiş “Vətənə getməyim gəlir” mahnısını duyğulu şəkildə səsləndirən Nadir Bayramlı dinləyicilərə kövrək və unudulmaz anlar yaşadıb.

Aktyorlar Əhliman Ərşadlı, Pərvin Dadaşova, Niyaz İlyasoğlu və Natiq Fərzalıoğlu şairin müxtəlif illərdə qələmə aldığı şeirləri səsləndiriblər.

Yubiley tədbirinin sonunda Fərzalı Abbasəlioğlu təşkilatçılara və oxuculara təşəkkürünü bildirib, yeni yazdığı şeirlərdən nümunələr səsləndirib.

Sonda yubiley tortu kəsilib, xatirə şəkilləri çəkdirilib.

Kaynak: https://yeniera.az/sair-ferzali-abbaselioglunun-70-illik-yubileyi-qeyd-olunub/

Haber Euro Türk
Author: Haber Euro Türk

Haber Euro Türk, Avrupa’daki Türk topluluklarına ve dünya gündemine dair güvenilir, tarafsız ve güncel haberler sunan dijital haber platformudur.


Haber Euro Türk sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

By Haber Euro Türk

Haber Euro Türk, Avrupa’daki Türk topluluklarına ve dünya gündemine dair güvenilir, tarafsız ve güncel haberler sunan dijital haber platformudur.

0 0 votes
Article Rating
Subscribe
Bildir
guest
0 Yorum
Eskiler
En Yeniler Beğenilenler
Inline Feedbacks
View all comments