Daha fazla hava durumu tahmini: 15 günlük hava durumu

Müasir tibbin ən böyük çağırışlarından biri olan ürək-damar xəstəlikləri, xüsusilə də qəfil baş verən infarkt halları dünyada ölüm səbəbləri arasında hələ də ilk sıralarda qərarlaşır. Tibbi texnologiyaların sürətli inkişafına baxmayaraq, insan sağlamlığının qorunmasında ən effektiv üsul hələ də xəstəlik yaranmadan qarşısının alınması, yəni profilaktik tədbirlərdir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, infarkt bir anda baş verən hadisə kimi görünsə də, əslində orqanizmdə illərlə davam edən neqativ proseslərin kəskin nəticəsidir. Bu səbəbdən mütəmadi tibbi yoxlamalar, arterial təzyiqin monitorinqi və qan göstəricilərinin nəzarətdə saxlanılması sadəcə bir tövsiyə deyil, həyati zərurətdir. Sağlam həyat tərzi, düzgün qidalanma və zərərli vərdişlərdən imtina ürəyin yükünü azaltsa da, genetik faktorlar və stress kimi gizli təhlükələr hər zaman risk qrupunu genişləndirir. İnfarktı öncədən 100 faiz dəqiqliklə proqnozlaşdıran vahid bir analiz növü olmasa da, müasir kardiologiya fərqli parametrləri analiz edərək təhlükənin yaxınlaşdığını müəyyən etməyə imkan verir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan kardioloq Şahin Əmirov qeyd edib ki, ürək sağlamlığını qorumaq üçün kompleks yanaşma vacibdir: “İnfarkt riskini minimuma endirmək üçün ilk növbədə üç əsas göstərici — xolesterin, qan şəkəri və arterial təzyiq mütəmadi yoxlanılmalıdır. Yüksək xolesterin damarların daxili divarında piy qatlarının yığılmasına, yəni ateroskleroza səbəb olur ki, bu da infarktın birbaşa carçısıdır. Təzyiqin yüksək olması isə ürək əzələsini daim gərginlikdə saxlayır və damar divarlarını zədələyir. Sürücülər avtomobillərini texniki baxışdan keçirdikləri kimi, insanlar da ildə ən azı bir dəfə kardioloq müayinəsindən keçməli və EKQ, exokardioqrafiya kimi sadə, lakin informativ testlərdən yararlanmalıdırlar”.

O, qeyd edib ki, fiziki aktivlik və psixoloji vəziyyət ürəyin fəaliyyətinə birbaşa təsir edən amillərdir: “Gün ərzində ən azı 30-40 dəqiqəlik sürətli yürüş damar elastikliyini artırır və ürəyin qanvurma qabiliyyətini yaxşılaşdırır. Lakin unutmaq olmaz ki, siqaret və alkoqol bütün bu müsbət təsirləri sıfıra endirir. Siqaret damarların daralmasına və qanın laxtalanma meylinin artmasına səbəb olur ki, bu da trombların yaranması üçün ideal şəraitdir. Bundan əlavə, xroniki stress və gərginlik orqanizmdə kortizol və adrenalin səviyyəsini yüksəldərək ürəyi vaxtından tez qocaldır. İnfarktın dəqiq vaxtını göstərən sehirli bir analiz yoxdur, lakin biz risk xəritəsini cızaraq pasiyenti bu təhlükədən sığortalaya bilərik. Vaxtında atılan bir addım, illərlə davam edəcək sağlam ömrün təməlidir”.

Kaynak: https://yeniera.az/bu-sexslerin-diqqetine-infarkt-riski-dasiyirlar/

Haber Euro Türk
Author: Haber Euro Türk

Haber Euro Türk, Avrupa’daki Türk topluluklarına ve dünya gündemine dair güvenilir, tarafsız ve güncel haberler sunan dijital haber platformudur.


Haber Euro Türk sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

By Haber Euro Türk

Haber Euro Türk, Avrupa’daki Türk topluluklarına ve dünya gündemine dair güvenilir, tarafsız ve güncel haberler sunan dijital haber platformudur.

0 0 votes
Article Rating
Subscribe
Bildir
guest
0 Yorum
Eskiler
En Yeniler Beğenilenler
Inline Feedbacks
View all comments