Daha fazla hava durumu tahmini: 15 günlük hava durumu

Texnologiya bazarında uzun illərdir hökm sürən “yenisi gəldi, köhnəsi zibilə” fəlsəfəsi artıq öz yerini gözlənilməz iqtisadi intibaha buraxır. Bir vaxtlar texnoloji tullantı və ya sadəcə kolleksiya predmeti sayılan köhnə nəsil smartfonlar bu gün qlobal bazarda strateji xammal kimi yenidən qiymətə minir. Bu dəyər artımı sadəcə nostalgiyadan qaynaqlanmır. Prosesin mərkəzində dünya sənayesini iflic edən qlobal komponent çatışmazlığı dayanır. Xüsusilə mikroçiplərin və nadir torpaq elementlərinin istehsalındakı çətinliklər, istehsalçıları və təmir şəbəkələrini “köhnə ehtiyatlara” üz tutmağa məcbur edir. Beləliklə, çəkməcələrdə unudulmuş on illik telefonlar, tərkibindəki qiymətli metallar və hələ də işlək olan hissələri sayəsində qızıl qədər dəyərli aktivə çevrilir. Texnologiya nəhənglərinin tədarük zənciri strategiyalarını kökündən dəyişməli olduqlarını bir daha sübut edir. Artıq smartfonlar sadəcə rabitə vasitəsi deyil, həm də qlobal xammal böhranına qarşı sığorta aləti kimi çıxış edir.

Yeniera.az bildirir ki, demokrat.az saytına mövzu ilə bağlı fikirlərini bölüşən İT eksperti Elvin Abbasov bildirib ki, köhnə smartfonların kütləvi şəkildə dəyər qazanması birbaşa qlobal komponent böhranı və “şəhər mədənçiliyi” (urban mining) konsepsiyası ilə bağlıdır:

“Müasir cihazların istehsalı üçün vacib olan kobalt, litium və qızıl kimi nadir metalların hasilatı həm baha başa gəlir, həm də təchizat zəncirindəki qeyri-stabillik istehsalçıları çətin vəziyyətə salır. Bu nöqtədə köhnə telefonlar qiymətli xammal bazasına çevrilir. Təkrar emal şirkətləri üçün minlərlə köhnə cihazdan bu metalları ayırıb çıxarmaq, yeni mədən qazmaqdan həm daha ucuz, həm də daha ekoloji yoldur. Digər tərəfdən, dairəvi iqtisadiyyatın (circular economy) canlanması köhnə cihazların təkrar dövriyyəyə girməsini təmin edir. Yeni flaqman modellərin qiymətləri yüksəldikcə, köhnə smartfonlardakı mikrosxemlər və ana platalar bərpa edilərək daha sadə IoT cihazlarında və ya məişət texnikasında ehtiyat hissəsi kimi istifadə olunur. Bu trend sadəcə kolleksiya marağı deyil, resursların tükəndiyi dünyada texnoloji hissələrin təkrar reinkarnasiyasıdır. İstehsalçılar artıq yeni cihazların dizaynında onların daha asan sökülüb emal edilməsi üçün “modul” sistemlərinə keçidi ciddi şəkildə müzakirə edirlər”.

Kaynak: https://yeniera.az/kim-kohne-telefonlari-saxlayibsa-bexti-getirdi-servet-deyerindedir/

Haber Euro Türk
Author: Haber Euro Türk

Haber Euro Türk, Avrupa’daki Türk topluluklarına ve dünya gündemine dair güvenilir, tarafsız ve güncel haberler sunan dijital haber platformudur.


Haber Euro Türk sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

By Haber Euro Türk

Haber Euro Türk, Avrupa’daki Türk topluluklarına ve dünya gündemine dair güvenilir, tarafsız ve güncel haberler sunan dijital haber platformudur.

0 0 votes
Article Rating
Subscribe
Bildir
guest
0 Yorum
Eskiler
En Yeniler Beğenilenler
Inline Feedbacks
View all comments