Daha fazla hava durumu tahmini: 15 günlük hava durumu
Bakıda qəbiristanlıqda DƏHŞƏT – VİDEO

Səbail rayonunun Badamdar qəsəbəsində yaşayan bir qrup sakin bildirib ki, qəsəbə ərazisindəki qəbiristanlıqda son illərdə ciddi problem yaranıb.

Yeniera.az xəbər verir ki, bununla bağlı onlar Baku TV-nin qaynar xəttinə müraciət ediblər.

Sakinlərin sözlərinə görə, sözügedən qəbiristanlıqda qanunsuz aparılan tikinti işləri zamanı dağıntı baş verib və onların yaxınlarına məxsus qəbirlər dağıntının altında qalıb.

Vətəndaşlar deyirlər ki, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, onların şikayətinə baxan yoxdur.

“Burada baş verənlər vandalizmdir. Əvvəllər bu ərazidə dəmir hasar var idi. Onu söküb üçmərtəbəli ev tikdilər. Beləliklə, qəbirlər ağırlığa dözə bilmədi və dağıntıların altında qaldı”, – deyə şikayətçi narazılığını dilə gətirib.

Səbail Rayon İcra Hakimiyyətindən isə məsələ ilə bağlı bildirilib ki, cari ilin mart ayının sonu və aprel ayının əvvəllərində yağan intensiv yağışlar nəticəsində Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində yerləşən qəbiristanlığın bir hissəsində torpaq sürüşməsi qeydə alınıb.

Hadisə nəticəsində bəzi qəbir daşlarına ziyan dəyib:

“Məsələ ilə bağlı tərəfimizdən dərhal operativ tədbirlər görülüb. Əraziyə baxış keçirilib və yaranmış fəsadların aradan qaldırılması məqsədilə aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlanıb. Hazırda sözügedən ərazidə təmizlik işləri və dağılmış qəbir daşlarının bərpa edilməsi istiqamətində müvafiq işlər həyata keçirilir”.

Kaynak: https://yeniera.az/bakida-qebiristanliqda-dehset-video/

Haber Euro Türk
Author: Haber Euro Türk

Haber Euro Türk, Avrupa’daki Türk topluluklarına ve dünya gündemine dair güvenilir, tarafsız ve güncel haberler sunan dijital haber platformudur.


Haber Euro Türk sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

By Haber Euro Türk

Haber Euro Türk, Avrupa’daki Türk topluluklarına ve dünya gündemine dair güvenilir, tarafsız ve güncel haberler sunan dijital haber platformudur.

0 0 votes
Article Rating
Subscribe
Bildir
guest
0 Yorum
Eskiler
En Yeniler Beğenilenler
Inline Feedbacks
View all comments