Daha fazla hava durumu tahmini: 15 günlük hava durumu

Azərbaycanda heyvandarlıq sektorunun strukturunu kökündən dəyişəcək, eyni zamanda ət bazarında ciddi qiymət dalğalanmalarına səbəb ola biləcək yeni tənzimləmə addımları atılır. Heyvanların kəsilməsi üçün minimum yaş və ya çəki həddinin müəyyən edilməsi təşəbbüsü, ilk baxışda sadə bir inzibati qərar kimi görünsə də, əslində sahənin gələcəyini müəyyən edən strateji bir gedişdir. Bu yanaşmanın əsas məqsədi erkən kəsim hallarının qarşısını almaq, heyvanların bioloji potensialından maksimum istifadə etmək və bazara daha optimal çəkidə, keyfiyyətli məhsul çıxarmaqdır. Lakin islahatın tətbiqi həm fermerlər, həm də istehlakçılar üçün bir sıra həssas məqamları gündəmə gətirir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan iqtisadçı ekspert Asif İbrahimov qeyd edib ki, bu tənzimləmə fermerləri daha peşəkar və məhsuldar yanaşmaya sövq edəcək: “Minimum yaş və ya çəki tələbi fermerləri heyvanları daha uzun müddət bəsləməyə təşviq edəcək ki, bu da birbaşa karkas çəkisinin yüksəlməsinə və ət istehsalının artmasına səbəb olacaq. Bu yanaşma seleksiya işlərinə, yem bazasının təkmilləşdirilməsinə və müasir bəsləmə texnologiyalarına marağı artıraraq sektorun dayanıqlı inkişafına təkan verə bilər. Uzunmüddətli perspektivdə bu, bazarın strukturlaşması üçün müsbət addımdır”.

Ekspertin sözlərinə görə, islahatın ilkin mərhələsində bazarda qiymət təzyiqlərinin yaranması qaçılmazdır: “Qısa müddətli dövrdə ət qiymətlərində artım riski var. Erkən kəsimlərin məhdudlaşdırılması səbəbindən təklif müvəqqəti azalacaq, eyni zamanda fermerlərin yem, saxlanma və baytarlıq xərcləri artdığı üçün məhsulun maya dəyəri yüksələcək. Lakin bu, keçid dövrünün çətinliyidir. Orta və uzun müddətdə daha iriçəkili heyvanların bazara çıxması ümumi təklifi artıracaq və effektiv istehsal sayəsində qiymətlərin sabitləşməsi mümkün olacaq”.

Asif İbrahimovun fikrincə, kiçik fermerlərin maliyyə yükü və yem bazasının vəziyyəti xüsusi diqqətdə saxlanılmalıdır. Əgər nəzarət mexanizmləri düzgün qurulmazsa, bu qərar qeyri-rəsmi kəsim hallarına və bazarın kölgəyə çəkilməsinə yol aça bilər. İqtisadçı vurğulayır ki, uzunmüddətli inkişaf üçün bu tənzimləmə vacib olsa da, fermerlərin artan xərcləri mütləq nəzərə alınmalı və onlara paralel olaraq ciddi dövlət dəstəyi mexanizmləri tətbiq edilməlidir.

Kaynak: https://yeniera.az/etin-qiymeti-ile-bagli-son-deqiqe-aciqlamasi/

Haber Euro Türk
Author: Haber Euro Türk

Haber Euro Türk, Avrupa’daki Türk topluluklarına ve dünya gündemine dair güvenilir, tarafsız ve güncel haberler sunan dijital haber platformudur.


Haber Euro Türk sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

By Haber Euro Türk

Haber Euro Türk, Avrupa’daki Türk topluluklarına ve dünya gündemine dair güvenilir, tarafsız ve güncel haberler sunan dijital haber platformudur.

0 0 votes
Article Rating
Subscribe
Bildir
guest
0 Yorum
Eskiler
En Yeniler Beğenilenler
Inline Feedbacks
View all comments