Daha fazla hava durumu tahmini: 15 günlük hava durumu

Azərbaycanda pensiyaçıları ən çox maraqlandıran məsələlərdən biri də il ərzində ödənişlərin yenidən artırılıb-artırılmayacağı ilə bağlıdır. Cari ilin fevral ayında həyata keçirilən 9,3 faizlik ümumi indeksasiyadan sonra, vətəndaşlar ilin ikinci yarısında növbəti artımların olub-olmayacağını yaxından izləyir. Qanunvericiliyin tələbləri və mövcud iqtisadi mexanizmlər fonunda bu suala aydınlıq gətirmək, həmçinin fərdi artım imkanlarını nəzərdən keçirmək böyük əhəmiyyət kəsb edir.

Yeniera.az-ın xəbərinə görə, iqtisadçı Natiq Cəfərli bildirib ki, bu məsələdə səlahiyyət həm Milli Məclisə, həm Nazirlər Kabinetinə, həm də prezident fərmanlarına aid olan qərar mexanizmlərinə bağlıdır:

“Yəni təqaüdlərin artırılması ilə bağlı qərarlar məhz dövlətin maliyyə və sosial siyasəti çərçivəsində formalaşdırılır və yekun qərar həmin qurumların səlahiyyətində olur. Bir məsələ isə demək olar ki, dəqiqdir. Gözləntilərə əsasən, iyun ayının əvvəlində dövlət büdcəsinə əlavələr və dəyişikliklərin edilməsi gündəmə gələ bilər. Bu da hər il müəyyən iqtisadi göstəricilər, gəlirlər və sosial xərclər nəzərə alınaraq həyata keçirilən proseslərdən biridir. Hazırda belə bir ehtimal kifayət qədər yüksək qiymətləndirilir. Əgər büdcəyə ediləcək həmin əlavələr və dəyişikliklər zamanı sosial sahəyə, xüsusilə də təqaüdlərlə bağlı əlavə vəsait ayrılması barədə qərar qəbul olunarsa, o zaman ilin ikinci yarısında təqaüdlərin yenidən artırılması mümkün ola bilər. Yəni burada əsas məqam dövlət büdcəsinə yenidən baxılması və sosial istiqamətdə hansı qərarların veriləcəyidir. Nəticə etibarilə, təqaüdlərin artırılıb-artırılmaması parlamentdə büdcə müzakirələri zamanı qəbul ediləcək qərarlardan, eləcə də dövlətin maliyyə imkanları və sosial siyasət prioritetlərindən birbaşa asılı olacaq.” (demokrat.az)

Kaynak: https://yeniera.az/pensiya-artimi-ile-bagli-mujdeli-aciqlama/

Haber Euro Türk
Author: Haber Euro Türk

Haber Euro Türk, Avrupa’daki Türk topluluklarına ve dünya gündemine dair güvenilir, tarafsız ve güncel haberler sunan dijital haber platformudur.


Haber Euro Türk sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

By Haber Euro Türk

Haber Euro Türk, Avrupa’daki Türk topluluklarına ve dünya gündemine dair güvenilir, tarafsız ve güncel haberler sunan dijital haber platformudur.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir