Daha fazla hava durumu tahmini: 15 günlük hava durumu

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın ölkənin Baş naziri Nikol Paşinyanın qulağına pıçıltı ilə dediyi sözlər canlı efirə düşüb.

Yeniera.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, hadisə Paşinyanın İrəvanda seçkiqabağı kampaniyası zamanı baş verib.

Səs yazısında Mirzoyanın Paşinyanın qulağına “Türklər bu gün açırlar. Bir “xoş gəldin” mətni, XİN-in mətbuat katibindən şərh hazırlayaq” dediyi eşidilir.

Xarici işlər naziri danışarkən Baş nazir əvvəlcə sinəsindəki mikrofonu əli ilə örtməyə çalışır, sonra isə nazirə səsin açıq olduğunu bildirir.

Daha sonra bu barədə danışan Paşinyan söhbətin Türkiyədən Ermənistana mal ixracı qaydalarının dəyişdirilməsindən getdiyini açıqlayıb. Onun sözlərinə görə, əvvəllər Ermənistan Türkiyə tərəfinin qaydalarında ixrac ölkələri siyahısına daxil deyildi, buna görə də mallar əvvəlcə üçüncü ölkəyə tədarük olunan kimi rəsmiləşdirilir, sonra isə Ermənistana təkrar ixrac edilirdi.

Baş nazir yeni qaydalara əsasən Türkiyə tərəfinin sənədlərdə birbaşa Ermənistanı çatdırılma ölkəsi kimi göstərməyə icazə verdiyini qeyd edib.

Paşinyanın açıqlamasına baxmayaraq, səs yazısı sosial şəbəkələrdə geniş yayılıb və istifadəçilər arasında müzakirələrə səbəb olub.

 

Kaynak: https://yeniera.az/pasinyanin-qulagina-picilti-ile-dediyi-sozler-canli-efire-dusdu-video/

Haber Euro Türk
Author: Haber Euro Türk

Haber Euro Türk, Avrupa’daki Türk topluluklarına ve dünya gündemine dair güvenilir, tarafsız ve güncel haberler sunan dijital haber platformudur.


Haber Euro Türk sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

By Haber Euro Türk

Haber Euro Türk, Avrupa’daki Türk topluluklarına ve dünya gündemine dair güvenilir, tarafsız ve güncel haberler sunan dijital haber platformudur.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir