Daha fazla hava durumu tahmini: 15 günlük hava durumu

Qeyri-iş günləri ilə əlaqədar Bakı metropoliteninin iş rejimində dəyişiklik edilir.

Yeniera.az xəbər verir ki, bununla bağlı “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Bildirilib ki, 9 və 11 mayda “28 May-Əhmədli” və əksinə istiqamətdə qatarlararası interval 2 dəqiqə 30 saniyə, mayın 10-da isə 3 dəqiqə təşkil edəcək.

“Bənövşəyi xətdə həmçinin “Cəfər Cabbarlı-Xətai” və “Həzi Aslanov-Əhmədli” mənzillərində mövcud hərəkət qrafiki olduğu kimi saxlanılacaq. “Bakmil” istiqamətində və əksinə qatarların hərəkəti 9 və 11 mayda şənbə, 10 mayda isə bazar gününün qrafiki üzrə tənzimlənəcək.

İş rejimində dəyişikliklə yanaşı, stansiyalarda ümumi nəzarət gücləndiriləcək, növbətçilik cədvəli əsasında əlavə işçi qüvvəsi ayrılacaq. Ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq”, – məlumatda deyilir.

Kaynak: https://yeniera.az/hemin-gun-metroda-interval-3-deqiqe-olacaq/

Haber Euro Türk
Author: Haber Euro Türk

Haber Euro Türk, Avrupa’daki Türk topluluklarına ve dünya gündemine dair güvenilir, tarafsız ve güncel haberler sunan dijital haber platformudur.


Haber Euro Türk sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

By Haber Euro Türk

Haber Euro Türk, Avrupa’daki Türk topluluklarına ve dünya gündemine dair güvenilir, tarafsız ve güncel haberler sunan dijital haber platformudur.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir